İslam Dini 859 302 5984 22 apr 2016
Qeybət (islam dini)


Günah və utanmadan öz qardaşının qeybətini etməklə insan imtahan olunur. Bunun isə ona halal və ya haram olduğunu ancaq Allah və Rəsulu (s.ə.v) bilir. Ona görə bəzi məsələlərdə ehtiyatlı olmaq lazımdır. Bir kişi şan-şöhrətdən qaçaraq sadə paltar geyinirsə, ona xəsis deyərək «bu adam dünyanın bər-bəzəyini özünə haram etmişdir», «gör dinimizi nə hala salıblar», Allah birinə ev, maşın veribsə «buna bax cah-cəlallı evdə qalır, maşın sürür, heç müsəlmanları fikirləşmir» deyirlər. Halbuki bunları deməmişdən qabaq, bu insanların haqqında doğru, yaxud yalan danışdıqlarını düşünməlidir. Çünki, xəsis deyə adlandırdıqları adamın Allah yolunda xərcləyib-xərcləmədiyini haradan bilirlər. Allahın verdiyi evdən və ya maşından istifadə edib və ya imtina etməyin xeyirli və ya zərərli olduğunu onlar haradan bilirlər. Ona görə də elmsizlikdən Allaha sığınır və Ondan kömək diləyirik.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1103 1074 968 976 913 906
♔Princess♔

  • Paylaşım0

  • Rəyləri 0

6 nəfər yazıb
Etkadan kənar şərh yazmaq olmaz
Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.
Paylaşın
Məlumat
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.