ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Video, Klip 10-12-2017, 15:16

DİQQƏTLİ OLUN: Sizin də avtomobilinizə bunu edə bilərlər - VİDEO



Sumqayıtda bir neçə mikroavtobusun ehtiyat hissələri və avadanlıqları oğurlanıb.

Metbuat.az xəbər verir ki, naməlum şəxslər gecə saatlarında 40-a yaxın maşından oğurluq ediblər.

Təkərləri açılıb, şüşələri çıxarılıb və bəzi ehtiyat hissələri oğurlanıb. Sumqayıtda bir neçə mikroavtobus oğruların hədəfinə çevrilib
Oğrular gecə saatlarında həyətlərə gələrək mikroavtobusların avadanlıq və ehtiyat hissəslərini oğurlayıblar. Bu hadisə şəhərin müxtəlif istiqamətlərində və ayrı-ayrı saatlarda baş verib

Zərərçəkmişlərin sözlərinə görə, bu hall tez-tez baş verdiyindən onlar maşınlarını harada saxlayacaqlarını bilmirlər. Hadisə əsasən gecə saatlarında törədildiyindən onlar bundan yalnız səhər işə gedəndə xəbər tuturlar.
Ümumilikdə 40-a yaxın mikroavtobusa ziyan dəyib. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda fakt üzrə zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.//Xezerxeber


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 462 504 470 524 521

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.