_Yildiz1_

_Yildiz1_ Bürclər 17-12-2017, 22:03

Bu günə olan bürclər (17.12.2017)

Bu günə olan bürclər (17.12.2017)
Bu günə olan bürclər (17.12.2017)



17 Dekabr 2017-ci il. Günün
qoroskopu. itkilərə yol
verməmək üçün olduqca
ehtiyatlı olmalısınız

Qoç - Xoş və faydalı
tanışlıqlarınız olacaq. Bu gün
kommersiya fəaliyyəti və
müqavilələr bağlamaq üçün də
yaxşıdır. Önəmli sənədləri
imzalamaq olar.
Xırda detallara diqqət yetirmək
önəmlidir. Əvvəlcə bu detallar
önəmsiz görünə bilər, lakin
sonradan mühüm rol
oynayacaq. Gün tədris,
imtahanlara hazırlıq və imtahan
vermək üçün də yaxşıdır.
Səyahətə getmək də uğurlu
alınacaq.
Buğa - Səliqə-sahman
yaratmaq olar: bir çoxları
prioritetləri və həyatda
tutduqları istiqamətləri
nəzərdən keçirmək arzusunda
olacaqlar. Hətta ən ünsiyyətcil
adamlar ehtiyat edir,
gizlənməyə, təmasları
azaltmağa cəhd edirlər. Bu, lap
gizlənqaç oyununu xatırladır:
alma desəm, çıxarsan, armud
desəm, yox...
Əkizlər - Maliyyə nöqteyi-
nəzərdən uğurlu gündür, pul
gəlirləri ola bilər. Alış-veriş də
uğurlu olacaq. Yaraşıqlı, lakin bir
o qədər də önəmli olmayan
əşyalar ala bilərsiniz. Bu günü
dostların əhatəsində keçirmək
də xoşdur. Bürcün tənha
nümayəndələrini yeni tanışlıqlar
gözləyir.
Gələcək barədə ciddi
düşünməyin zamanıdır. Bu gün
gələcəyiniz barədə planlar qura
bilərsiniz. Yaxınlarınızla dil
tapmaq asan olacaq. Birgə
səylər də uğurlu olacaq.
Xərçəng - Bu günə xüsusi plan
qurmağa dəyməz, o, rutin və
cari işlərin həlli üçün daha
münasibdir. Çoxları günü xoş
fantaziyalara, şirin xəyallara sərf
edirlər. Ancaq çətin ki, bu cür
düşüncələr axşam da davam
eləsin, günün ikinci yarısı
emosional fonun qeyri-sabitliyi
səbəbindən qara fikirlər üstün
gələcək.
Şir - Qeyri-standart məsələlərin
həlli üçün uyğun gün deyil.
Yaradıcı potensialınız yüksək
deyil, daha çox yoxlanılmış
metodlardan istifadə etməyə
çalışırsınız. Mübahisələrdə
nöqteyi-nəzərinizi müdafiə
etmək xoşunuza gəlmir, bu
səbəbdən güzəştə gedirsiniz
və tezliklə bu əməlinizə görə
peşman olacaqsınız.
Qız - Qərarlı və tez hərəkət
edin. Təşəbbüslərinizə görə
cəzalanmayacaqsınız. Parlaq
şəxsiyyətlər öz pərəstişkarlarını
tapacaqlar. Ekstravaqant
hərəkətlər əks cinsin
nümayəndələrinin diqqətini
cəlb edəcək.
Bu günü ciddi bir işə həsr
etmək istəyənlərə tövsiyə
olunur ki, fəaliyyət panı
hazırlasınlar və bunu diqqətlə
nəzərdən keçirsinlər.
Tərəzi - İşgüzar ünsiyyət üçün
yaxşı gündür, vacib görüşlər
təyin edə bilərsiniz, boşa
getməyəcək. Maraqlı təkliflər
ala bilərsiniz. Unutmayın ki,
yalnız gəlir əldə etmək üçün
deyil, həm də ictimai
məqsədlərə yönəlmiş layihələr
sizin üçün daha perspektivlidir.
Qəşəng və nadir əşyalara
marağınız artır. İncəsənət
əsərləri, əntiq malları sizi
möhkəm cəlb edir. Xoşunuza
gələn əşyalara çox pul sərf
edirsiniz, tezliklə pulqabınız
boşala bilər.
Əqrəb - Hərtərəfli ehtiyatlı
olmağınız tövsiyə olunur.
Lazımsız xərclərdən, spontan
alış-verişlərdən qaçmaq
lazımdır. Qumar oyunlarında
iştirak etməyin. Bu gün
dostlarınız ilə görüş və köhnə
əlaqələrin bərpası üçün də
uyğundur.
Oxatan - Yalnız öz baxışlarınıza
etibar edirsiniz və reallığı qəbul
etmək istəmirsiniz. Bu da
düzəldilməsi çətin olan ciddi
yanlışlıqlara səbəb ola bilər.
Eqoizm və həddən artıq
qürurluluq sizə mənfi tərəfdən
xidmət edəcək.
Oğlaq - Qarışıq, ağır bir gündür.
İtkilərin olması ehtimalı
böyükdür. İtkilərə yol
verməmək üçün olduqca
ehtiyatlı olmalısınız. Ətrafınızda
baş verənlərə həddən artıq sərt
reaksiya verirsiniz. Hər bir
xoşagəlməz hadisəni fəlakət
kimi qəbul edirsiniz. Şübhəli
yanaşmanız və qısqanclığınız
yaxınlarınızın xətrinə dəyir.
Dolça - Təhriklərə uymasanız,
həmən təslim olmasanız, çox
şeyə nail ola bilərsiniz. İşgüzar
danışıqları uğurla bitirə, sizə
böyük köməyi dəyə biləcək bir
insanın dəstəyini qazana
bilərsiniz. Həm özünüzün
imkanlarını, həm
ətrafınızdakıların gücünü
düzgün qiymətləndirir,
kimsədən bacara bilməyəcəyini
tələb etmirsiniz. Sizin üçün
qiymətli olan insanların
zəifliklərinə göz yumursunuz.
Balıqlar - Balıqlar üçün bu gün
əlverişli emosional fonu ilə
seçilir. Əhvalınız yaxşıdır,
optimistsiniz. Ərtafınızda kimsə
ruhdan düşürsə, sizin yumor
hissiniz ona yardımçı olur.
Bu gün alış-veriş və
müqavilələr bağlamaq üçün də
yararlıdır. Özünüzdən yaşca
böyük qohumlarınız və
qadınlarla anlaşılmazlıqlar ola
bilər. Kişilərlə isə asanlıqla dil
tapa biləcəksiniz.









Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
653 649 554 620 600 543

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.