Kukulka

Kukulka Mətbəx 18-12-2017, 16:00

Toyuqlu sezar salatının RESEPTİ

Toyuqlu sezar salatının RESEPTİ




Salatları hər birimiz sevirik. Xüsusilə də qış aylarında salat yeməyin bir başqa dadı olur. Qadınlar mətbəxdə ən müxtəlif tərəvəz və meyvələrdən istifadə edərək ləzzətli salatlar hazırlayırlar. BIZDE bayram süfrələrinizə fərqli dad qatacaq toyuqlu sezar salatının reseptini veririk..

Ərzaqlar:

2 ədəd toyuq filesi
2 yemək qaşığı zeytun yağı
İstiot
Duz

1 ədəd kahı
1 yemək qaşığı mayonez
2 diş sarımsaq
Yarım stəkan zeytun yağı
1 çay qaşığı xardal
Yarım limon
Pendir

Servis üçün:

6 dilim çörək
Pendir

Hazırlanması:

Tavaya 2 yemək qaşığı zeytun yağı tökün, kub şəklində doğranmış toyuq filesini əlavə edib azacıq qızardın. Ayrı bir tavada kub şəklində doğradığınız çörəklərin üzərinə 2 qaşıq zeytun yağı əlavə edərək, 10 dəqiqə qızardın. Kahını yuyub doğrayın. Salat sousu üçün mayonez, sarımsaq, xardal, istiot, duz, zeytun yağı və pendiri əlavə edib kahı ilə qarışdırın. Soisun ləzzətli olması üçün kahının yaxşıca qarışdırıldığından əmin olun. Üzərinə bişən toyuq filesini və çörəkləri əlavə edin. Sonda üzərinə pendiri rəndələyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
607 637 676 598 602 595

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.