_Yildiz1_

_Yildiz1_ İslam Dini 24-12-2017, 15:17

Allah hansı günahları bağışlamaz?

Allah hansı günahları bağışlamaz?
Allah hansı günahları bağışlamaz?



Allah-təala səmimi qəlbdən tövbə edilmiş bütün günahları bağışlayar inşaAllah. Hətta tövbə edilməmiş günahların da bir hissəsi bağışlana bilər və ya başqa savablar həmin günahları silə bilər. Yalnız Allaha şərik qoşmaq - əgər tövbə edilməsə - bağışlanmaz. Bu barədə Quranda buyurulur: "Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəx­sin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük gü­nah etmiş olur" (Nisa, 48).

Bağışlanmaz günahlardan biri də başqa adamın haqqına təcavüz etmək və ondan halallıq almamaqdır (buna "həqqün-nas" deyirlər). Bu cür günahı bağışlamaq ixtiyarını heç Allah da öz üzərinə götürməz. Yalnız məzlum şəxs halallıq versə, bu günah bağışlanar.






Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
811 775 657 704 712 730

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.