Güvən verməyin 7 yolu

1. Duruşunuz dik olsun: Duruşunuz dik olsa, «Həyatdan qorxmuram və həyatı qucaqlayıram” demiş olarsınız. Ralph Waldo Emersonun bir sözünü xatırlayaq: „Nə olduğunuz o qədər yüksək səslə danışır ki, nə dediyinizi eşidə bilmirəm.”
2. İmkanlarınızın əl verdiyi ölçüdə xarici görünüşünüzü yaxşılaşdırın: Görünüşünüz həm sizə, həm də başqalarına çox güclü mesajlar yollayar. Çəkiniz artıqdırsa, çəkinizdən qurtulduğunuz zaman özünüzü daha yaxşı hiss edəcəksiniz. Qəşəng geyinin. Büdcənizi aşın demirəm, amma geyiminizə diqqət edin. Sərfəli şərtlərdə də qeşəng geyinə bilərsiniz. Bunun necə olacağı barəsində əmin deyilsinizsə, tövsiyyələr ala bilərsiniz.
3. Etməyiniz lazım olan şeyləri edin: Bir şeyi etməyiniz lazımdır və ona laqeyd yanaşırsınızsa, özünüzə duyduğunuz güvəni və sayğını zədələyərsiniz.
4. Hədəflər təyin edin və gündəlik irəliləmələr yazın: Hara getdiyinizi bilin. İnsana daha çox güvən verə biləcək çox az şey vardır.
5. Söz alın: Düşüncələrinizi söyləməkdən; sinifdə, bir toplantıda və ya bir qrupla birlikdəykən söz almaqdan çəkinməyin. Danışmadıqca, bir şeylər danışmaq mövzusundakı tərəddüdünüz artar. Avtobusda, benzin alarkən və ya sırada gözləyərkən insanlarla söhbət edin. Dünyanın ən ağıllı şeyini söyləmək məcburiyyətində hiss etməyin, özünüzü. Salam verin, havadan sudan danışın. Marketdə olarkən, liftdə olarkən insanlara bir şeylər söyləyin.
6. Rahatlayın: Sevgiyə açıq olun, həyatı içinizə çəkin.
7. Oxuyun: Ümumi dünyagörüşünüzü artırın. Futbol, paparazzi və popstar məsələlərinin xaricində danışacaq bir şeyləriniz olsun.






