Var Olmayan O Şəxs ( FİNAL )
Bu şəhərdən gedirəm, lindanı bir daha görməyəcəm onun sevdiyi insanla xoşbəxt olacağına inanıram. Kelvinqrov parkı uzunluğu qaçış idmanı ilə parkdan uzaqlaşdım.
Linda - Evə çatmağıma az qalırdı, çox xoşbəxtəm daniel həyatıma girən andan, hər şey mənalı gəlir. Mən ölüm və pessimist fikirlərdən əl çəkmişəm. Əgər həyatda yaşayırsansa çox şanslı insansan, çətinliklərin öhdəsindən gəlmək üçün isə səbr etməlisən. Xoşbəxtlik danielin söylədiyi kimi, özümüzdən asılıdır. Evimizdə marianı gördüm o bütün dərs testlərini özü ilə birgə gətirmişdi birlikdə dərs edəcəkdik.
Linda - Necəsən maria xoş gəlmisən.
Maria - Çoxsağol yaxşıyam gəl əyləş linda sənə bir şey verəcəm.
Maria - Nədir yoxsa mənə hədiyyə almısan? Gülümsədim.
Maria - Yox elə bir şey deyil, özümə də qəribə gəlir bu dərman şüşəsidir. Univeristet çıxışı adını tanımadığım şəzs verdi, dedi lindaya çatdırarsınız. Xoş sifət biriydi sən tanıyırsan onu?
Linda - Hə maria tanıyıram, başqa nəsə demədi mənlə bağlı?
Maria - Yox linda sadəcə bunu sənə verməyimi istədi al bax.
Linda - Mən cəld dərman şüşəsini açdım və içində dərmandan fərqli olaraq, kiçik kağız vardı. Bu mən intihar etmək üçün aldığım dərman şüşəsi idi. Kağızı açıb orada nə yazıldığını oxuyuram..
" Salam linda bu gün elə gözəl gülümsəyirdin ki, xoşbəxt idin mənim mənasız gedişim səni kədərləndirə bilərdi. Gedirəm səninlə üz-üzə vidalaşmaq inan ki, çətin olardı. Sənə xoşbəxt bir ömür arzu edirəm, sevdiyin insanla ən azından bundan sonra birlikdə olmağın diləyilə.. linda xudafiz.. "
Linda - Niyə gedirsən axı daniel, mənim sevdiyim insan sən idin. Gözlərim dolur sanki, ruhum ağırlaşır. Ətrafımda sevinc, gülüş səsləri eşidirəm, nə baş verdiyini anlamıram ağzımda süni nəfəs aparatını görürəm. Marianın əlimi tutduğunu eləcə də, atam və anamın sevindiklərini. Gözlərimdən axan yaşlar yanağımdan süzülür, güclə də olsa danışmağa çalışdım.
Linda - Haradayam mən?
Maria - Özünü yorma linda neçə gündür ki komada idin, ayılacağına ümidimiz qalmamışdı birdə intihar etmək fikirinə düşmə.
Linda - Mən, yox mən daniel o getdi. Bütün olanlar hamısı sadəcə yuxu imiş? Anam məni öpməkdən doymurdu oda ağlayırdı. Həkim başımın üzərində dayanmışdı, intihar etmək üçün qəbul etdiyim dərmanların çox güclü təsirə malik olduğunu dedi həyata qayıtmağım bir möcüzə olmuşdu.
Həkim biraz istirahət etməyimi məsləhət gördü, gözlərimi boş xəstəxana tavanına zilləmişdim reallığa qayıtdım budur.
( Körpülər şəhərində axtarış.. )
Bir həftəyə yaxındır xəstəxanadayam bu gün həkim evə gedə biləcəyimi dedi, sevinc qarışıq kədər hissi çox qəribədir. Danieli axtaracam bilirəm ağılsızlıq edirəm, yuxu ilə reallıq arasında belə bir bağlılıq mümkün deyil amma axtaracam faydası olmasada.
Elə qelvinqrov parkında huşunu itirib daha sonra, güclü dərmanların təsirindən komaya düşmüşəm gördüyüm hadisələr mənim beynimdə gedirmiş. Maria ilə birlikdə soyuq xəstəxana divarları fonunda addımlayaraq, buradan çıxdıq. Çöldə həyat öz axarıyla davam edirdi, bir insanın həyata qayıtması heç kimsəni maraqlandırmırdı, eynən ölməsi kimi. O insanların yaxınlarından başqa.
Mariadan parka getməyimizi xaiş etdim, xəyalımda daniel yenə qaçış üçün o parka gəlir. Biz parka çatanda fərqli bir şey yox idi, skamyalarda əyləşib söhbət edən insanlar, oyun oynayan uşaqlar. Onu görmürəm. Birdən ağlıma gələn fikir, daniel ilə birlikdə getdiyimiz ev vardı son olaraq baxacağım tək ünvan oradır. Avtobusla yaddaşımda qalan həmin yerə gedirik, yol zamanı marianın təəccüblü baxışlarını görürdüm, heç bir sual vermədən mənim dediyim yerlərə oda məni tək buraxmamaq üçün gedirdi. Demək olar ki o evə yaxınlaşırdıq, dayanacaqda düşüb biraz getdikdən sonra qapını döyməyə tələsdim.
Daniel ilə məhz bura gəlmişdik, qapı yavaşca açıldı içəridən otuz yaşlarında bir qadın bizi göz ucu süzüb kim olduğumuzu soruşdu.
Mən dostumu axtardığımı və onun yaşadığı ünvanın bura olduğunu dedim. Onun icazəsiylə, içəri daxil oldum divarlara baxdım xeyr heç bir kitab rəfi yoxdur məyus halda çölə çıxdım. Qadın bu evin neçə illərdir onlara məxsus olduğunu həmdə daniel adlı birinin burda olmadığını söylədi. Susqun idim.
Maria - Linda biz kimi axtarırıq? Elə bir dostun həqiqətən var? Birdə o dediyin şəxs kimdir
Linda - gözlərimdəki yaşları silərək dedim Heç maria, var olmayan biri..
Gedək atamla anam məni gözləyir..
Gördüklərimin yuxu olmasına baxmayaraq bu an danielin dediyi sözləri xatırladım..
( Xoşbəxtliyi ölümdə yox, həyatda axtarmaq lazımdır. )
Dördüncü bölümün sonu.. ( Final )
PS : İlk yazdığım hekayələrdən oldu bu, təbiiki professional deyil gənc yazar olaraq məncə pis də alınmayıb :) son olaraq hekayə haqqında fikirləriniz buyurun..
Müəllif və Yazar: Ali Məmmədli ( Mən )