Zərflik Haqqında Testlər
1) Zərflik haqqındakı fikirlərdən biri səhvdir:
A) Cümlədə, əsasən, hərəkət bildirən sözlərə aid olur
B) Cümlədə isimlə ifadə olunan hər hansı bir üzvü izah edir
C) Hərəkəti müxtəlif cəhətlərdən izah edir
D) Zərfin mənaca altı növü var
2) Zərfin neçə məna növü var?
A) 7
B) 5
C) 4
D) 6
3) Zərf haqqında aşağıdakılardan hansı yanlışdır?
A) Quruluşca sadə və mürəkkəb olur
B) Hərəkəti müxtəlif cəhətdən izah edir
C) Zərflik daha çox zərflərlə ifadə olunur
D) Zərfliklər, əsasən, cümlənin ismi xəbərlərinə aid olur
4) Cümlələrdən birində zərf işlənməmişdir:
A) Aşağı otaqlar nəmdir
B) Dünən yağış yağdı
C) Qoca ehtiyatla yeriyirdi
D) Uşaq bərk yatmışdı
5) Zərf haqqındakı fikirlərdən biri düzgündür:
A) Cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır
B) İsmi xəbərə aid olur
C) Nitq hissələri ilə ifadə olunan zərfliklər quruluşca sadədir
D) Zərflik quruluşca üç cür olur






