Uğurlarımda Sən Vardın ( Final)
Yuxularıma gəlir atam təbəssüm edərək məni qucaqlayır, göz yaşları içində oyanıram. Bunu anlayıram ki qız öz atasını itiribsə daima bir boşluq ürəyində qalacaq mənim kimi. Bağışla qapıda gözlədirəm səni evə çatanda atanı, ananı qucaqla onların qayğısına qal əmin olki bu əsl xoşbəxtlikdir.
-Yaxşı Ella edəcəm amma ağlama mənim ürəyim buna dözmür razılaşdıq?
-Yaxşı razılaşdıq dərslərinə çox çalış bir gün səni istədiyin universitetdə çıxış etməni sebirsizliklə gözləyəcəm.
-inanki məndə alqışlar arasında sənin əllərini axtaracam sən üfüqlərimə doğan günəşsən hər zaman ruhumu isidirsən unutma. Hələlik özündən muğayət ol sabah məktəbdə görüşərik.
-Hələlik cumay qəlbimdə yeganə olaraq sən varsan, qapını örtüb içəri girdim anamın mənalı baxışları məni lap həyəcanlandırdı, məncə anam hər şeyi başa düşmüşdü utandırmamaq üçün susub heç nə demədi. Gecələr otağımda kitab oxuyaraq hərdən pəncərədən çölə baxıram, deyirlər hər evin gözləyən bir pəncərəsi vardır. Bu söz özlüyündə dərin məna daşıyır. Çöldə yağış yağmağa davam edir, kitabı kənara qoyub uzandım bütün ağrılara ürək tab gətirir və sağalırsan əgər ürək bir gün ağrı versə bədən buna dözməz necəki mən dözə bilmirəm.
Kafe artıq bağlanır ofisiant mənə yaxınlaşıb içdiyim içkinin pulunu istədi, mənsə otuz beş manat stola qoyaraq ağır addımlarla oradan çıxdım. Təbii ki, ona artıqlaması ilə pul verdim, özlüyündə düşünüb deyəcək bu qoca səfehdir ya da içkidən ağlını itirib hə məhz belə də düşünəcək. Halbuki yaddaşım yerindədir sadəcə onların fikirləri budur, kiməsə artıq pul ya yaxşılıq edirsənsə bunda pis nəyisə axtarırlar çünki onlar eqoistdir, yalnız özlərini düşünən insanlardır.
Yol boyu sürətlə gedən avtomobilləri görürəm, çox tələsirlər ya bəlkə zaman Tez irəliləyir? İkisinidə deyərdim. Axı keçən il geyindiyin paltarı əyninə geyinsən sənə geridə qalmış hətta zövqsüz deyərlər, amma həmin ili hər kəsdə bu geyim vardı yəqin ki dünən bəyəndiyimizi bugün bəyənmirik insanın istəyi, arzusu nə qədər ucuz həmdə dəyərsizmiş.
Bir il sonra..
-Bu gün çox həyəcanlıyam cumay gözlədiyim vaxt artıq gəlib, imtahan günüdür ən çoxda isə sənə görə sevinirəm uğurlar arzu edirəm sənə, əziyyətimiz yerdə qalmasın dualarım səninlədir.
-Biz əl ələ imtahan verməyə gedirik amma Ella ilə mən fərqli universitetlərdə imtahan verəcəyik.
Bir həftədən az müddət ərzində qəbul olub olmadığımızla bağlı xəbər çıxacaq.
Məndə sənə bol-bol uğurlar diləyirəm inanıram sənə, çıxışda bir kafedə oturub düşən suallardan danışaq olarmı?
-Hə olar keçən dəfə gördüyümüz kafeyə gedərik çox bəyəndim oranı həm sakitçilikdir daha gözəl.
-Yaxşı elə mənə də sakit yer lazımdı, yoxsa imtahan çıxışı baş ağrısı olmasın oldu hələlik.
Axşam cumay bizə gəlmişdi testləri birdə yoxladıq və neçə bal topladığımızı təxmini olaraq hesabladıq, məni isə gerçək cavablar qorxudur bəlkə qəbul ola bilmədim bu kimi suallar hər bir tələbənin beynində dolaşır.
Cumay bizdən çıxanda saat artıq gec idi, mən həmişəki kimi öz otağıma çəkilib kitab oxuyuram, anam TV seyr edir oda bütün günü işləyir ən çoxda bunun üçün oxumaq işləmək istəyirəm anama kömək edim deyə.
Bakı ən gözəl payızını yaşayır sevdiyim fəsildir. Gözlərimi yumdum ürəyim ağrı verirdisə də, özümü yatmağa məcbur etdim sabah axı məktəbə daha sonra da cumayla görüşəcəm işlərim çoxdur.
Səhər..
Nərgiz xalagilə zəng etdim Ellanın görüşə gec gəlməsi məni narahat edir, biraz keçdikdən sonra dəstəyi tanımadığım bir qadın götürdü. Mənim kim olduğumu soruşdu içəridən qışqırıq, ağlamaq səsləri eşitdim cavan oğlan Ella artıq həyatda yoxdur, o qəhərlənərək qırıq-qırıq bu sözləri dedi. Telefonum əlimdən yerə düşdü bir an gözlərim sanki dumanlandı, axı bu necə ola bilər bizim xəyallarımız, gələcək planlarımız hamısı məhv oldu Ella daha həyatda yoxdu mənim ürəyimi isidəcək o əllər indi yoxdu.
Mən həmin günü Ellanın dəfn mərasiminə getmədim, onun cansız bədənini görmək istəmirəm qoy xatirələrimdə gözəl təbəssümü ilə əbədi olaraq qalsın.
Daha sonralar isə çox özümə qapandım axşamlar demək olarki evə gəlmirdim, bu məndə asılılıq yaratdı. İmtahan nəticələri açıqlandığı gün bilmədim ağlayım ya sevinim Ella yüksək bal toplamışdı mənsə ondan nisbətən az. Bu günü görmək ona qismət olmadı onun mənimlə bağlı arzusunu yerinə yetirəcəm oxuyacam təhsilimi başa vuracam bununla bəlkə ürəyim sakitlik tapar.
İllər ötdü..
Cumay buyur keç tribunaya həyəcanla yüzlərlə insanın qarşısında çıxış etdim sonra isə öz Yazdığım şeiri oxudum.
Üzdü məni bu kədər qəm gəl sevindir
Həyat qısa zaman ötüb keçir bizdən
Tanımadım səndən başqa gözəl fəqət
Uğurlarımda sən vardın budur əsl şöhrət..
Alqış sədaları yüksəldi insanlar arasında Ellanı gördüm oda məni alqışlayırdı, sifətində yenə də xoş təbəssüm vardı. Qalib məni seçdilər diplom və hədiyyələr təqdim etdilər, ani olaraq Ellanın dayandığı yerə çevrilib baxdım orada kimsə yox idi gözlərim dolmuşdu acı bir təbəssümlə tribunadan aşağı düşdüm.
Biraz əvvəl yolu keçməyə çalışan bir qocanı sürətlə gələn yük avtomobili vurdu. Yerə sərilmiş, gücdən düşmüşdü sanki xəyallarında yaşayırmış heç bu həyatda deyil. Gözlərində həsrət, məhv olmuş istəkləri, arzuları gördüm. Mən yerdə öz cansız bədənimi gördüm. Səndən sonra çox şey dəyişdi Ella yalnız mən yox, sənin sevdiyin həmin Cumay olaraq qaldım.
İkinci hissənin sonu.. ( Final )
Hekayə haqqında Fikirlər buyurun..
Müəllif və Yazar: Ali Məmmədli