Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 23-01-2018, 12:20

"Söz"ün aktrisası tərəf müqabili ilə sevgili olmasından danışdı

"Söz"ün aktrisası tərəf müqabili ilə sevgili olmasından danışdı


“Söz” serialının aktrisası Aybüke Pusat tərəf müqabili, aktyor Tolqa Sarıtaş ilə sevgili olması xəbərinə aydınlıq gətirib.

Loading.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aybüke haqlarında çıxan məlumatları inkar edib.


O, "Aramızda heç nə yoxdur. Olsaydı, bilərdiniz. Amma izləyicilər bizi bir-birimizə yaraşdırırsa, təşəkkür edirik. Sadəcə yaxşı dostuq".

Qeyd edək ki, serialda sevgili obrazını canlandıran cütlüyün real həyatda da eşq yaşadığı bildirilirdi. Ekran işində "Bahar" obrazını canlandıran Aybüke ilə “Yavuz komandir” Tolqanın tez-tez gizlicə görüşdüyü iddia edilirdi. Hətta ikili bir neçə dəfə bərabər çəkilmiş şəkillərini də sosial şəbəkədə paylaşmışdılar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
688 625 526 548 620 592

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.