_official_

_official_ Maraqlı 26-01-2018, 16:00

Əsnəmək nədən xəbər verir?

Əsnəmək nədən xəbər verir?
Əsnəmək nədən xəbər verir?


Əsnək canlılara xas olan xüsusiyyətdir, əsnəmə ana bətnindəki 11-ci həftədən başlayır. Orta hesabla bir əsnək 6 saniyə çəkir. Xalq arasında onu yuxugəlmənin xəbərvericisi hesab edirlər.

Bu barədə məlumat verən həkim, Avropa Tibb Akademiyasının üzvü Elnur Rəhimov deyib: "Əsnək fizioloji və patoloji olur. Yuxu gələrkən bədənin sıxılması zamanı, monoton danışmaqdan, musiqi dinləməkdən, havasız yerdə oturmaqdan, kiminsə əsnədiyini görəndə baş verən əsnək fizioloji hesab olunur.

Epilepsiya, ensefalit, serebrovaskulyar çatışmazlıqda, serebral ateroskleroz, beynin arxa çuxurundakı şişlər zamanı baş verən əsnək patoloji əsnəklərə aid edilir.

Əsnək daha çox oksigen almaq və bədəndə olan karbon qazını boşaltmaq istəyindən baş verir. Qanın tərkibində karbon qazı artanda beyinə və ağ ciyər əzələlərinə müəyyən siqnallar göndərilir və bunun nəticəsində dərin əsnək əmələ gəlir.

Əsnək də gülmək kimi keçicidir. Qarşıdakı insan əsnəyəndə o biri də bundan təsirlənməyə başlayır. Finlandiyada beyin üzərində aparılan araşdırmalar təsdiq edib ki, əsnəmənin yoluxuculuğu əksər hallarda qeyri-iradidir. Beyin bunu bilərəkdən, başqasını yamsılamaq və təqlid etmək üçün etmir. Beyin adətən yamsılamanı, təqlidi «güzgü-neyron» sistemi ilə həyata keçirir. Həmin «güzgü-neyronlar» bilərəkdən kiminsə hərəkətini təqlid edəndə işə düşür, lakin həmin neyronlar əsnəmənin yamsılanmasında heç bir rol oynamır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 546 481 440 486 445

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.