Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 26-01-2018, 21:52

Bu ayaqqabının qiyməti dodaq ucuqladır - fotolar

Bu ayaqqabının qiyməti dodaq ucuqladır - fotolar
Dubayda dünyanın ən bahalı ayaqqabılarından birinin satışı planlaşdırılır.

Loading.Az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət briliyantlarla bəzədilən hündürdaban ayaqqabıdan gedir.


Əl işi olan ayaqqabı 54 karatlıq briliyant və ümumi çəkisi 416 karat olan yaqutla bəzədilib. Dabanı qızıl və platindən olan ayaqqabının qiyməti isə 300 min dollar dəyərindədir.

Fərqliliyinə görə dünyaya ilk olan bu geyim yerli dizayner Jada Dubayın "Royal" kolleksiyasına daxildir.

Xatırladaq ki, adıçəkilən dizayner daha öncədə bənzər ayaqqabı hazırlayıb. "Şpilka daban" adlandırılan qırmızı qadın ayaqqabısı topuqdan bağlanan olub. Onun məhz bu hissəsi ümumi çəkisi 24 karat olan bahalı daş-qaşla bəzədilib. Rubin və briliyantla bəzədilən bağlama hissəsi tac formasında hazırlanıb.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
485 492 490 463 470 464

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.