Lamborghini Aventador LP750-4 SV
Lamborghini Aventador SV (Superveloce) versiyasına qovuşub. Alüminium və karbonfiber istifadəsi sayəsində ağırlığı standart modelə görə 50 kq azalaraq 1525 kq-a düşən Aventador LP750-4 Superveloce-un 6.5 litr həcmli V12 mühərriki 750 at gücü çıxarır. Bu rəqəmlər sayəsində 2.03 kg/ag ağırlıq/güc nisbətinə çatan SV-in tork dəyəri isə 690 Nm-dir.


0-100 km/saat sürətə 2.8 saniyədə çıxa bilən və 350 km/saat maksimum sürətə çatdığı açıqlanan avtomobildə yeni elektromexanik LDS (Lamborghini Dynamic Steering) sükan sisteminə və adaptiv Magneto Rheological asılqanlara da yer verilib. Qabaqda 20, arxada isə 21 düymlük təkərlərə sahib olan Aventador LP750-4 SV-də karbonseramik əyləclər də standart olaraq təqdim edilir. Mərkəzdən tək qaykalı təkər diskləri isə alternativlər arasındadır.








