Dünyanın ən yaşlı qorillası öldü - FOTO
Dünyanın ən yaşlı qorillalarından biri 60 yaşında ölüb.
Loading.Az xəbər verir ki, 60 yaşlı Vila ABŞ-ın San-Dieqo zooparkında ömrünü başa vurub.
Bu, 2018-ci ildə ölən ikinci uzunömürlü qorilladır. Yanvarda İngiltərənin Uilşir qaflığında fəaliyyət göstərən Lonqlit zooparkında Niko adlı qorilla 56 yaşında həyatla vidalaşmışdı. Mənbə: publika.az






