Zeynəb Xanlarova Röya ilə görüşdü

Zeynəb Xanlarova Röya ilə görüşdü
Zeynəb Xanlarova Röya ilə görüşdü


Əməkdar artist Röya Ayxan Yıldız Tilbenin mahnılarından ibarət albomun hazırlığı üçün Türkiyədədir.

Loading.Az oxu.az-a istinadən xəbər verir ki, albomda Tilbenin "Ummadığım anda" mahnısını səsləndirən ifaçı mahnıya Türkiyədə və Bakıda klip də çəkdirib.

Müğənni bu barədə sosial media hesabında məlumat verib:


"Mahnımızı oxuduq, çox gözəl alınıb. Qırx nəfərdən biri olmaq məni xoşbəxt etdi. Klipimizi isə Bakıda çəkdik. Proyekt artıq yavaş-yavaş İstanbulda danışılmağa başlanıb".

Röya daha sonra İstanbulda Xalq artisti Zeynəb Xanlarova ilə görüşdüyünü, sənətçinin ona dəstək olduğunu bildirib:

"Zeynəb xanım Xanlarova, bilirsiniz, sizi sevirəm. Beş dəqiqə də olsa, sizinlə söhbət etmək məni sakitləşdirdi. Efirə çıxmaqdan, hansısa ölkədə tanınmaqdan söhbət düşəndə ilk sizin adınız çəkilir. Bunlara deyin ki, zaman durmur, ruhdan düşmək olmaz. Hər zaman uğura inanmaq, özünə güvənmək lazımdır".

O, sözarası Əməkdar artist Lalə Məmmədovanın səsləndirdiyi "Bir az aşağı düşmək lazımdır, ayağın yerə dəysin. Göydə uçursan, amma sən bu torpaqdan çıxmısan" sözlərinə də münasibət bildirərək ifaçıya ismarıc yollayıb:

"Bizi yuxarıda görənlər, bilin ki, ora Allaha məxsusdur. Əgər ora kimsə gedibsə, deməli, Allah istəyib".

Özü ilə fəxr etdiyini deyən Röya uğurdan doymadığını söyləyib:

"Zeynəb xanım, siz bizə yol açdınız və mən o yolu doğru gedirəm. Mənə inandığınız üçün çox sağ olun. Bəli, mən daha çox uğur istəyirəm. Niyə də yox? "Altın kelebek" alan ilk azərbaycanlı qadın kimi özümlə fəxr edirəm. Türk mediasına və məni Azərbaycanda sevən qələm dostlarıma isə məni dəstəklədikləri üçün təşəkkür edirəm".

Qeyd edək ki, Zeynəb Xanlarova illər əvvəl "Lider" TV-də yayımlanan "Rəngarəng" proqramında Röyanın ifasını çox bəyəndiyini və onu dəstəklədiyini bildirmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
821 692 657 617 667 676

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.