kara sevda

kara sevda Avto Dünya 8-05-2016, 09:00

Porsche Cayenne xüsusi versiya əldə etdi

Porsche Cayenne xüsusi versiya əldə etdi


“Porsche” şirkəti krossover “Cayenne”-in xüsusi versiyasını təqdim edib. “Platinum Edition” adlı modifikasiyada minimal dəyişiklik edilib və ona bəzi opsiyalar əlavə olunub. Avtomobil Avropada cari ilin sonlarında satışa çıxarılacaq. Onun qiyməti 74 352 avrodan başlayacaq.

Avtomobilin dizaynı parlaq qara əlavələrlə və 20-düymlük yeni təkər diskləri ilə seçilir. “Cayenne” arxa görünüş güzgülərinin avtomatik tündləşdirilməsi sistemi, parketmə zamanı yardımçı funksiya və sükan idarəçiliyinə kömək edən “Power Steering Plus” sistemi ilə təchiz edilir.

Porsche Cayenne xüsusi versiya əldə etdi


Krossoverin salonunda dəri və alkantara ilə işlənilmiş idman oturacaqlar, multimedia sistemi “Porsche Communication Management”, o cümlədən “Bose” audiosistem var.

Avtomobil Avropada 262 a.g. olan 3,0-litrlik V6 dizel mühərriki ilə satılacaq. Hibrid modifikasiyada əlyetərli olacaq. Bu modifikasiyaya 3,0-litrlik mühərrik və elektrik motoru daxildir.[/center]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
664 728 677 586 669 629

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.