Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 31-01-2018, 16:31

Azərbaycanda bu xəstəlikləri olanlar müəllim işləyə bilməyəcəklər - SİYAHI

Azərbaycanda bu xəstəlikləri olanlar müəllim işləyə bilməyəcəklər - SİYAHI
Azərbaycanda bu xəstəlikləri olanlar müəllim işləyə bilməyəcəklər - SİYAHI


Azərbaycanda tibbi müayinədən imtina edən bəzi xəstəliklər aşkarlanan müəllimlərin məktəbəqədər təhsil sahəsində işləməsinə icazə verilməyəcək.

Bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənmiş "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası"nda öz əksini tapıb.


trend.az xəbər verir ki, bu qaydalara görə, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.

Təhsilverənlər “Məktəbəqədər təhsil haqqında” qanununa uyğun olaraq ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.

Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

Təhsilverənlər bir necə xəstəlik ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinə üzrə dövri tibbi yoxlama və müayinələrdən keçməlidirlər.

Tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə bəzi xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir. Həmin xəstəliklər tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları, sifilis xəstəliyi, süzənək xəstəliyi, helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar, kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları, ruhi xəstəliklər, narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya), ağıreşitmədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
723 611 672 735 651 619

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.