Kukulka

Kukulka Mətbəx 1-02-2018, 12:02

Şəkərsiz peçenye

Şəkərsiz peçenye



Uşaqların da sevəcəyi şəkərsiz bir şirniyyat bişirmək istəyirsinizmi? Axı çox şəkərli qidalar xüsusilə uşaqlara zərərlidir. Bizde sizə şəkərsiz peçenye reseptini təqdim edir.



Ərzaqlar:



1 stəkan kərə yağı

1 kiçik fincan bəhməz

1 yumurta

1 stəkan yağsız süd

1 çay qaşığı vanil

1 stəkan un

1 çay qaşığı soda

50 qr şokolad



Hazırlanması:



Kərə yağını, bəhməzi, yumurtanı, südü və vanili bir qaba tökün, 2 dəqiqə boyunca mətbəx robotunda qarışdırın. Daha sonra unu və sodanı əlavə edin. Bütün ərzaqlar yaxşıca qarışana qədər çırpmağa davam edin. Sonra şokoladları töküb, qaşıqla bir az qarışdırın. Xəmiri yuvarlayıb, soba qabına yığın və xəfifcə ovcunuzun içi ilə basın. Sobanızı 350 dərəcədə qızdırın. Peçenyeləriniz qızarana qədər, təxminən 20-25 dəqiqə boyunca bişirin.



Nuş olsun!



Şəkərsiz peçenye

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 545 578 541 584 570

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.