Ganbarofh

Ganbarofh Xəbərlər 4-02-2018, 20:41

Xərçəngin düşməni tapıldı

Xərçəngin düşməni tapıldı
Xərçəngin düşməni tapıldı

Amerikalı alimlər yeni iynəni sınamağa hazırlaşırlar

Hər il milyonlarla insanın ölümünə səbəb olan, əsrin ən təhlükəli xəstəliyi xərçənglə mübarizə yollarının axtarışında hər gün irəli doğru addım atılır. Amerikalı elm adamları xəstəliyə qarşı effektli vasitə hazırladıqlarını elan ediblər.

İki birləşmədən ibarət vaksin immun sistemini stimullaşdırır, birbaşa şişə təsir edir. Vasitə xəstə hüceyrələri öldürür. Yeni vasitə süd vəzi, qalın bağırsaq, limfa xərçəngi ilə mübarizədə daha effektivdir. Bu vaksindən digər müalicə üsulları ilə birlikdə tədbiq ediləcək.

Artıq amerikalı alimlər vaksini siçanlar üzərində sınaqdan keçiriblər. Əksər hallarda xəstə hüceyrələrin məhvi üçün bir vaksin kifayət edib. İndi onlar ən yaxın zamanda bu iynəni insanlar üzərində sınamağa hazırlaşırlar. Onlar yeni dərmanın əks təsirinin minimal olacağını da deyirlər.

Həkimlərin sözlərinə görə, orqanizmdə xərçəng hüceyrələri meydana çıxanda immun sistemi onları tanıyır və T hüceyrələri xəstələrin məhvinə başlayır. Amma bəzi hallarda xəstə hüceyrələr yol taparaq başqa orqanlara sıçraya bilir və ya T ilə mübarizədə onu məhv edir. Məhz bu halda xərçəng metostaz verir və yayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
485 492 453 466 435 400

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.