Nəhayət, evlənirlər

Aktyor Sarp Levendoğlu tez-tez küsüb-barışdığı sevgilisi Dərya Şensoyla ailə qurmağa hazırlaşır.
Loading.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük evlilik üçün ilk addımını atıb.
Belə ki, Sarp və Dəryanın ailələri artıq tanış olub.
Qeyd edək ki, Levendoğlu bundan əvvəl 2014-cü ildə aktrisa Birce Akalayla ailəli olub. Aktyor keçmiş həyat yoldaşını Can Tunalı ilə mesajlaşdığını öyrəndikdən sonra 2016-cı ildə boşanmaq qərarına gəlmiş və bundan sonra Dərya ilə yeni münasibətə başlamışdı.






