Qadınlar və kişilər arasındakı fərqlər (1)

Qadınlar və kişilər arasındakı fərqlər (1)


Yetkinlik sızanağı: Kişilərin sızanaq problemi daha çoxdur. Bu da daha çox testosteron hormonundan qaynaqlanmaqdadır. Bu hormon yağ vəzlərini xəbərdar edir və dəridəki məsamələrin tıxanmasına və sızanağa səbəb olur.

Bədən iyi: Kişilərin bədən qoxusu qadınlardan çox daha güclüdür.

Döyüşkənlik: Kişilər qadınlardan daha döyüşkən olub bədənsəl güc istifadəsinə daha meyllidirlər. Bunun səbəbi də testosterona bağlanmaqdadır. Buna qarşılıq qadınlar sözlərlə hücum edər və döyüşərlər.

İdman: İdman mövzusunda kişilər qadınlardan daha sürətlidir, ancaq qadınlar daha dayanıqlıdır.

Qan: Kişilərdə 4.5, qadınlarda 3.6 litr qan vardır. Kişi qanı daha tünddür, bir damlasında 1 milyon qan hüceyrəsi vardır. Toplam olaraq kişilərdə 1 kub santimetr qab qanda 5 milyon qırmızı qan hüceyrəsi vardır, bu da qadınlara müqayisə etdikdə yüzdə iyirmi çoxluq deməkdir. Kişilərin təzyiqi də qadınlardan yüksəkdir: 140/88. Bu dəyər qadınlarda 130 / 80dır.

AIDS: Hər dörd AIDS xəstəsindən yalnız biri qadındır. Səbəbi isə qadınlarda xəstəlik daşıya bilən X xromosomundan iki dənə tapılmasıdır. Çünki bir sağlam, bir də xəstə genə sahib olsalar belə, sağlıqlı gen xəstə genə basqın edər və xəstə deyil daşıyıcı olarlar.

Üzmə qabiliyyəti: Qadınlar dərilərinin altındakı yağ təbəqəsi səbəbiylə daha yaxşı üzərlər.

Bədən İstiliyi: Kişilərin bədən istiliyi qadınlardan daha yüksəkdir.

Su: Kişi bədəninin yüzdə 60-70-i sudan ibarətdir. Qadın bədənindəki su nisbəti isə yüzdə 50-60 arasındadır.

Skelet: Kişilərin çiyinləri daha geniş, qolları və qıçları daha uzun, sümükləri daha ağır, oynaqları da daha böyükdür. Buna qarşılıq qadınların omba sümükləri daha geniş, oynaqları daha elastikdir.

Dəri: Kişilərin cəmi 1.8 kvadrat metr, qadınların 1.6 kvadrat metr dəriləri vardır. Qadının dərisi daha incə və quru, buna görə də daha həssasdır. Kişidə tər bezləri və dəri altı yağ bezləri daha çox olduğundan dərisi yağlıdır və daha çox tərləyirlər.

Ağciyərlər: Kişilərin ağciyərləri qadınlarınkından yüzdə 50 daha geniş həcmə malikdir.

Yemək: Eyni kilodakı kəslərdən, kişilər qadınlardan daha çox yemək ehtiyacı duyarlar, çünki maddələr mübadiləsi daha sürətlidir.

Anticisimlər: Qadınlar daha çox anticisim çıxararlar, buna görə də kişilərə müqayisə bakteriya və virus xəstəliklərinə daha seyrək tutularlar.

Ağlamaq: Qadınlar kişilərdən 5 qat çox ağlarlar. Ümumiyyətlə, saat 19.00-22.00 arası.

Beyin: Kişi beyni yüzdə 14 daha ağırdır. Buna qarşılıq qadınlarda iki yarım kürə arasındakı bağlılıq daha yaxşıdır.

Döllənmə Qabiliyyəti: Kişilər irəli yaşa qədər, qadınlar isə menopoza (təxminən 50 yaş ətrafı) qədər döllənə bilmək qabiliyyətinə malikdir. Kişilərdə istiliyin artımıyla döllənəbilmə qabiliyyəti azalır. Qadınların döllənməyə uyğun olduqları ən uyğun olan otaq istiliyi 17 dərəcədir.

Ödkisəsi Daşı: Qadınların yüzdə 20-sində, kişilərin yüzdə 8-ində öd kisəsi daşı meydana gələr.

Ürək döyüntüsü: Kişilərin ürəyi daha böyükdür və daha yavaş döyünər, dəqiqədə ortalama 72 dəfə döyünər . Bu dəyər qadınlarda 80-dır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
910 851 815 759 785 900

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.