Qadınlar və kişilər arasındakı fərqlər (2)

Qadınlar və kişilər arasındakı fərqlər (2)



İnkişaf: Yetkinlik cağına qədər qızlar kişilərdən daha sürətli böyüyərlər (10-a 8 nisbətində). Oğlan uşaqları 14-15 yaşları arasında inkişafa başlarlar və 20 yaşına qədər bu böyümə reallaşa bilər. Qız uşaqları ən sürətli 12-13 yaşları arasında inkişaf edərkən 17-18 yaşlarında bu inkişaf dayanar.

İstilik həssaslığı: Qadınlar qalın yağ toxumaları səbəbiylə soyuğa daha dayanıqlıdırlar.

Səs telləri: Qadınların səs telləri daha qısa olduğundan səsləri daha incədir.

Bədənin ağırlıq nöqtəsi: Çiyin və omba skeletləri fərqli olduğundan, qadınların ağırlıq nöqtəsi kişilərinkindən daha asağıdadır.

Duyğu orqanları: Qadınların eşitmə və iyləmə duyğuları daha güclüdür. Buna qarşılıq kişilər işığa qarşı daha həssasdır. Kişi gözü detalları daha yaxşı seçər.

Enerji xərcləməsi: Kişilər hərəkətsiz halda, bədənin kvadrat metri başına saatda ortalama 39.5 kalori yandırırlar. Qadınlar isə 37 kalori. Kişinin gündəlik kalori ehtiyacı 2700 kalori, qadının ki 2000 kaloridir.

Yağ: Kişilərdə qadınlarınkının yarısı qədər yağ toxuması vardır. Qadınlarda yağ toxuması bədənin yüzdə 27 -sini meydana gətirərkən, bu dəyər kişilərdə yüzdə 15-dir. Qadın bədənində kişilərdən 3.5 kq. daha çox yağ vardır. Yağ, kişilərdə qarın bölgəsində toplanarkən qadınlarda daha çox omba, baldır və göbəkdə sıxlaşır.

Xəstəliklər: Kişilər həyatları boyunca qadınlardan ortalama 40 gün daha az xəstələnərlər.

Dirsək: Qadınlar kişilərə nisbətən qollarını dirsəkdən 6 dərəcə daha çox aça bilərlər.

Xromosomlar: Kişi və qadınların hüceyrələrində cəmi 46 xromosom vardır. Bunların yarısı atadan, yarısı anadan gəlir. Bu 46 xromosomun içində iki dənə cinsiyyət hormonu vardır ki, bu kişidə XY, qadında XX olaraq olur.

Saçlar: Qadınların saçları daha sıx və daha müqavimətlidir. Saç kökləri iki milim daha dərində olduğu üçün kişinin ki qədər tez tökülməz.

Yaşlanmaq: Kişilər qadınlardan daha sürətli yaşlanarlar. 55 yaşındakı bir qadın fiziki gücünün yüzdə 90-nına malikdir. Halbuki eyni yaşdakı bir kişi gücünün yalnız yüzdə 70-inə malikdir. 35 yaşındakı bir kişinin damar sistemi 50 yaşındakı bir qadınınkinə dəyərdi. Buna qarşlıq qadında yalnız dəri daha incə olduğundan tez qırışır. Qadınlar yaşlanma prosesini psixoloji olaraq kişilərdən çox daha asan qəbul edərlər.

Güclər: Kişilər qadınlardan yüzdə 50 nisbətində daha çox əzələ gücünə malikdir. Yetkinlik dönəmində kişilərdə əzələ hüceyrələrinin sayı 20 misli, qadınlarda 10 misli artar. Kişilər qadınlardan üçdə bir nisbətində daha güclüdürlər.

Yetkinlik: Kişilər yetkinlik çağını 10-15, qadınlar 9-14 yaşları arasında yaşayarlar.

Həyat Müddəti: Kişilərin ortalama ömrü 71.5 il, qadınların 78 ildir.

Qıçlar: Kişilərin qıçları daha uzun və əzələlidir. Buna görə qadınlardan daha sürətli qaçar, daha uzağa tullanarlar.

Bədən Ölçüləri: Kişi ortalama 175 sm boyunda və 73.5 kq ağırlığındadır. Sinə ətrafı 98.5 sm, beli 80.4 smdir. Qadın ortalama 160 sm boyunda olub 61.2 kqdır. Sinə ətrafı 90.1, omba genişliyi 96.5 sm, beli 74.3 smdir.

Ulğum: Qırtlaqdakı "ulğum" adlı çıxıntı yalnız kişilərə məxsusdur.

Tənəffüs: Kişilər dəqiqədə ortalama 16 dəfə nəfəs alıb verir. Qadınlar isə dəqiqədə 20-22 dəfə nəfəs alıb verir. Hər iki cinsin gündə tənəffüs etdikləri miqdar isə eyni olub, 12 min litrdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
635 564 575 538 602 550

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.