♔Princess♔

♔Princess♔ Şeirlər 9-05-2016, 11:00

Bağışla

Bağışla


Bu gecə yenə də düşdün yadıma,
Düşündüm izinsiz, bağışla məni!
Hərdən gözlərinə baxmağa qorxub,
Səni sevdim sənsiz bagışla məni!

Bu gecə yenə də dayandı nəbzim,
Soyuq göz yaşları yanaqlarımda
əlimde bir ülgüc, son qəzəllərim,
Bagışla kəlməsi dodaqlarımda!

Bu gecə yenə də kirpiklərimdən,
Aşağı boylanan göz yaşım oldun.
Bağışla deyərək hər səhifəmdən,
Sətir-sətir axıb, içimə doldun!

Bu gecə yenə də duydum səsini
Xəyalin bir daha əlimi tuttu.
Qalxıb dəliliyin son zirvəsini
Varlığım ilk dəfə səni unuttu...!

Bu gecə yenə də harayın gəlir...
O ah çəkişini duyuram özüm.
Yenə qulağıma pıçıltın dəyir,
Şirin lay-layınla yumuram gözüm.....!!!


İslam Qədirli


Bağışla

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
718 749 684 616 651 644

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.