_official_

_official_ Mətbəx 9-02-2018, 11:13

Hazır yuxadan pendirli börək

Hazır yuxadan pendirli börək
Hazır yuxadan pendirli börək

Lazım olan vəsaitlər:
6 ədəd yuxa,
4 yumurta,
6 yemək qaşığı qatıq,
1 paket marqarin(yarısı içi üçün, yarısı iç xərci üçün)

Hazır yuxadan pendirli börək
İçlik üçün:
Yarım paket marqarin,
pendir,
3 ədəd təzə yaşıl soğan,
Yarım dəstə cəfəri,
Qırmızı bibər,


Hazırlanması:
Əvvəlcə börəyin iç xərcini hazırlayın.
Dərin bir kasaya pendiri xırda-xırda doğrayın.
Təzə yaşıl soğanın baş hissəsini kəsib sadəcə yaşıl hissəsini və cəfərini incə-incə doğrayın.
Pendirlə qarışdırıb qırmızı bibəri əlavə edin.
Yuxaları dəzgahın üzərinə sərin.
Yuxanın üzərinə sürtüləcək qarışığı hazırlayın.
Yumurtaları çırpın.
Üzərinə qatığı əlavə edin.
Yarım paket marqarini əridərək üzərinə töküb qarışdırın.
Bütün yuxalara fırça ilə bu qarışığı yaxın.
Sonra yuxanı ikiyə qatlayın.
İkiyə qatladığınız yuxanı 4 yerə bölün.
İç xərcindən bir qaşıq geniş tərəfinə qoyun.
Bu şəkildə hazırladığınız börək 24 ədəd olacaqdır.
Börəkləri listə yan-yana düzün.
Üzərinə iç qarışığından sürtüb çörək otu səpin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış ocaqda qızarana qədər bişirin.
İsti çay ilə servis edə bilərərsiniz.



Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
750 808 842 747 776 662

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.