Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 9-02-2018, 20:28

Şənbə, bazar günləri hava yağmurlu keçəcək

Şənbə, bazar günləri hava yağmurlu keçəcək
Şənbə, bazar günləri hava yağmurlu keçəcək


“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti yağmurlu keçəcək”.

axsam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün - fevral ayının 9-da gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir: "Mülayim cənub küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, fevral ayının 10-da və 11-də bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq: "Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
511 457 442 452 484 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.