Hindistan “Apple”-ın şifrələməsini keçə bilən sistemə sahib olduğunu açıqladı
Hindistan “iPhone”-ların şifrəsini sındırmaq üçün gizli texnologiyaya sahibdir.
Hindistanın rabitə və informasiya texnologiyaları naziri Ravi Shankar Prasadın “İndian Express”-ə verdiyi açıqlamaya əsasən, məhkəmə araşdırmalarının daha asanlaşdırılması üçün bir proqram yaradılıb və bu proqram “iPhone” da daxil olmaqla bütün smartfonların şifrəsini sındıra bilir.






