Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 10-02-2018, 10:36

Mətbəxdə ən TƏHLÜKƏLİ ƏŞYA

Mətbəxdə ən TƏHLÜKƏLİ ƏŞYA
Mətbəxdə ən TƏHLÜKƏLİ ƏŞYA


Arizona Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, mətbəx dəsmalları insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Alimlər sübut edir ki, vaxtında dəyişilməyən mətbəx dəsmallarının üzərinə müxtəlif təhlükəli mikroblar unitazda olduğundan daha çoxdur. Mətbəx dəsmalları nəm olur və bu da mikrobların çoxalmasına ideal şərait yaradır.


Loading.Az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər mətbəx dəsmallarının üzərində bağırsaq çöpü, salmonella, hətta çox təhlükəli, antibiotiklərə davamlı olan qızılı stafilokokk aşkar ediblər.

Bu mikroblar uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda çox ciddi xəstəliklərin inkişafına səbəb ola bilər. Hətta sağlam və cavan insanlar üçün də bu mikroblar təhlükə yaradır. İnsanın əllərində çatlar, sıyrıntılar, yaralar olduqda təhlükə daha da artır.



Bütün bunları nəzərə alaraq alimlər mətbəx dəsmallarını bir gündən bir dəyişməyi, paltaryuyan maşınında yüksək temperaturda yumağı və bu zaman oksigen ağardığıcı ilə olan camaşır tozlarından istifadə etməyi tövsiyə edir. Yuyulmadan sonra dəsmallar mütləq açıq havada qurumalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
574 528 489 511 535 448

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.