Güclü qar 7 nəfərin canını aldı - YAPONİYADA

Son bir həftə ərzində Yaponiyanın bir sıra ərazilərinə yağan güclü qar nəticəsində 7 nəfər həlak olub.
Təqribən 70 nəfər müxtəlif dərəcəli zədə alıb.
Fukui prefekturasında yağan qarın hündürlüyünün 2 metrə çatdığı qeyd olunub.
Məlumata görə, güclü qar səbəbindən ölkədə onlarla aviareys təxirə salınıb, bir çox istiqamətlərdə qatarların hərəkəti dayanıb, məktəblər bağlanıb.
Mənbə: big.az






