GoPro Yeni Kamerasını Təqdim Etməyə Hazırlaşır

GoPro Yeni Kamerasını Təqdim Etməyə Hazırlaşır


Action kamera bazarının nəhəngi GoPro öz kamera ailəsinə yeni bir “HERO+” modelini əlavə etdi.

Technews GoPro-a istinadən bildirir ki, yeni “GoPro HERO+” özündən daha yüksək səviyyəli model “HERO+LCDs”dən adından da göründüyü kimi LCD ekran olmaması, daha aşağı səviyyəli model HERO’dan isə WiFi kabelsiz qoşulma texnologiyasına sahib olması ilə fərqlənir. Kabelsiz əlaqə (WiFi + Bluetooth) texnologiyası ilə ağıllı cihazlardan nəzarət edilə bilən və ya bu cihazlar ilə görüntüləri köçürə bilən yeni “HERO+” 1080p60 ya da 720p60 video çəkilişlərinin üstəsindən gələ bilir.

Xüsusi qoruma qabı ilə hər cür zərbəyə tab gətirən və şirkət tərəfindən qeyd edildiyi qədəriylə 40 metr su altına enə bilən “GoPro HERO+” daxili mikrofonu ilə “action” anlarına səs əlavə edə və bütün GoPro action kamerası aksesuarları ilə uyğun şəkildə istifadə edilə bilir. 8MP şəkil çəkə bilən kamera avtomatik aşağı işıq rejimi ilə də xüsusilə gecə çəkilişlərində olduqca təsirli görüntülər reallaşdıra bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
627 606 529 557 586 570

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.