kara sevda

kara sevda Şeirlər 11-05-2016, 22:00

Nə dost ola bildik, nə də sevgili

Nə dost ola bildik, nə də sevgili


Azacıq bir ümid vermədin mənə,
Dedim, qoy xoş günlər yaşadım sənə,
Nə sirdaş olmadın, nə də yar mənə,
Nə dost ola bildik, nə də sevgili.
Nə dost ola bildik, nə də sevgili
Əlindən tutmaq da mənə bəs idi,
Sevməyib bilmədin sevgi qədrini,
Sevmək sənin üçün bir həvəs idi,
Nə dost ola bildik, nə də sevgili.

Bu məhəbbət nədir, heç bilirsənmi?
Əzab çəkirsənmi, heç ölürsənmi?
Axır ki, ayrıldıq bax görürsənmi?
Nə dost ola bildik, nə də sevgili.

İndi yad ellərdə məskən salmışıq,
Xəbərsiz, ötərsiz, səssiz qalmışıq,
Sanki bir-birimizi tanımamışıq,
Nə dost ola bildik, nə də sevgili..

Mənli günlərini düşünmə anma
Ağlımın ucunda gəlib dayanma
Alışma boşuna alışma yanma
Nə dost ola bildik, nə də sevgili..

Eşqin alovunda sevgi odunda
Ömür çırağımız söndü yolunda
Qovuşa bilmədik heyif sonunda
Nə dost ola bildik, nə də sevgili..

Mən ki səhv demədim, söylədim düzün,
Heçvaxt dinləmədin sen menim sözum,
Elə bu səbəbdən ay canım, gözüm,
Nə dost ola bildik, nə də sevgili.

Hərdən danışardıq gizli sevgidən,
Çarəsi olmayan bir məhəbbətdən,
Bilmirəm bu gecə bilmirəm nədən,
Özüm də bilmədən çox Darıxmışam…

Ağlama sevgilim yenə ağlama,
Yenə qəm gətirmə qəmli dünyama,
Səninçün sevgilim səninçün amma,
Özüm də bilmədən çox darıxmışam…

Bax artıq neçə ay keçib neçə gün,
Narahat qalmışam canım sənincün,
Bir tək zengin üçün, bir mesajıncun,
Özüm də bilmədən çox darıxmışam….



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
880 827 767 757 757 681

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.