_official_

_official_ Xəbərlər 17-02-2018, 21:03

Gəncə sakinindən marixuana götürülüb

Gəncə sakinindən marixuana götürülüb

Gəncə şəhərinin Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev olduğu məlum olub.

Baxış zamanı onun üzərindən göy rəngli selofana yığılmış, spesifik qoxuya malik, çəkisi 470 qram olan narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Qeyd edək ki, E. Babayev narkotik vasitənin şəxsi istifadə üçün əldə etdiyini bildirsə də, digər şəxslərlə əlbir olub-olmadığı istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
562 552 570 470 509 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.