Oya Serhanı gerçək sevgilisindən ayırdı

Oya Serhanı gerçək sevgilisindən ayırdı

“Ufak Tefek Cinayetler” serialının Serhanı, türkiyəli aktyor Mert Fırat sevgilisi Hande Doğandemirlə ayrılıb.

Cütlüyün münasibətlərinə son qoymasına səbəb aktyorun eyni layihədə Oya obrazını canlandıran, aktrisa Gökçe Bahadırla daha çox vaxt keçirməsi olub.

“Hürriyet” qəzetində yayımlanan xəbərə görə, “Oya” ilə “Serhan”ı qısqanan Doğandemir sevgilisi ilə mübahisə etməyə başlayıb.

Bundan başqa, Mertin Gökçe ilə çəkiliş zamanlarını birgə keçirməsi, bununla kifayətlənməyib işdən sonra da görüşməsi Handeni əsəbiləşdirib.

Bundan narahat olan Fırat münasibətini bitirmək qərarına gəlib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
722 759 686 661 586 647

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.