_official_

_official_ Mətbəx 22-02-2018, 18:43

Limonlu, zəncəfilli marmelad

Limonlu, zəncəfilli marmelad
Limonlu, zəncəfilli marmelad

Tərkibi:
6 ədəd limon
5-6 santimetr ölçüdə zəncəfil kökü
1 kilo şəkər tozu

Hazırlanması:
Əvvəlcə limonları yuyun və qabığını soyun. Sonra limonu dörd yerə bölüb zədələmədən çay qaşığı ilə çıxarın. Çıxardığınız meyvə qisminin çəyirdəyini ayıraraq mətbəx robotuna qoyun. Limon qabıqlarını kub şəklində doğrayın. Doğranmış limon qabıqlarını bir az su ilə qaynadın və süzün. Süzdükdən sonra dərhal soyuq suyun içinə qoyun. Zəncəfilin də qabığını soyub rəndələyin.

Limon qabıqlarını da mətbəx robotundakı limon içinə əlavə edib marmelad vəziyyətinə gələnə qədər çəkin. Sonra hazırladığınız limonu bir ləyənə tökün və şəkər tozunu əlavə edərək qaynadın. Qaynamağa başladıqdan sonra rəndələdiyiniz zəncəfili də töküb vam odda qaynatmağa davam edin. Təxminən 30 dəqiqə qaynadıqdan sonra marmelad halını aldıqda ocaqdan götürərək, otaq temperaturunda soyudun. Balona yığaraq soyuducuda saxlayın. Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
495 505 467 530 518 493

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.