Kənan Heydərov

Kənan Heydərov Maraqlı 25-02-2018, 13:05

Dostluq rəmzi sayılan qolbaqları özün toxu!

Dostluq rəmzi sayılan qolbaqları özün toxu!
Dostluq rəmzi sayılan qolbaqları özün toxu!

İplərdən toxunmuş qolbaqların tarixi Şimali Amerika hinduları ilə bağlıdır. Hindular bu qolbaqları dostluq rəmzi sayır, və qolbağı hədiyyə etdikləri şəxslə qardaş sayılırdılar. Toxunma qolbaqlar Hippie hərəkatının üzvləri tərəfindən istifadə olunduqdan sonra daha da yayıldı. Bu qolbaq vasitəsilə özlərini «rənglərin övladları» sayan hippilər öz daxili dünyalarını ifadə edirdi. Bundan əlavə, hippilər bəzən nişan üzüklərini də bu qolbaqlarla əvəz edirdilər.

Geniş məlumat əldə etdikdən sonra, gələk toxunma texnikasına. Dostluq qolbağını toxumaq üçün sizə ilk öncə muline sapları, zövqünüzə uyğun sxem, bacarıqlı əllər və son olaraq texnikanı öyrənmək üçün azca səbr lazım olacaq.



Toxuma texnikasını öyrənmək üçün saytlar isə bunlardır:

Friendship-Bracelets.net və Bracelet Book video və foto dəsrlərdən əlavə saysız hesabsız, hər zövqə uyğun sxemlər bazasıdır.

Sxem seçərkən unutmayın ki, hər bir rəngin öz mənası var:

qırmızı – sevgi, Ehtiras, bağlılıq, qan, alov və enerji
çəhrayı – sevgi, zəriflik, saflıq, uşaqlıq və xəyalpərəstlik
sarı – günəş, sədaqət, dəlisovluq, yay və gözəllik
yaşıl – gənclik, təbiət, ümid, harmoniya, əbədilik, həyat və sevgi axtarışı
firuzə rəngi – qüssə, ölmüş ümidlər
mavi – dostluq, rahatlıq, harmoniya, səma, ruh, ümid, su, ağıl, və sonsuzluq
göy – sakitlik, rahatlıq, yeniliklərə açıqlıq, harmoniya, səma, sonsuzluq, paklıq, dostpərəslik
bənövşəyi – xəyallar, kamillik, orijinallıq, fantaziya, ekstravaqantlıq və dostluq
boz – sadəlik, kədər, tənhalıq və azadlıq
qara – kədər, tənhalıq, zülmət, ölüm, hünər və müstəqllik
bəyaz – paklıq, azadlıq, həqiqət, yol, həyat, mərhəmət, işıq, inam, başlanğıc və müstəqillik deməkdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 602 488 553 545 515

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.