“Opera” səyahətçisi pulsuz VPN dəstəyi verəcək
Bəzən qadağan olunmuş saytlara daxil olarkən və ya öz yerimizi gizlətmək istədiyimiz zaman VPN-dən istifadə etmək məcburiyyətində qalırıq. Ancaq bu xidmətlər əksərən ödənişli olur və ödənişsiz versiyalar da olduqca aşağı sürət təmin edirlər. Məşhur səyahətçi “Opera” istifadəçilərin bu əziyyəti çəkməməsi üçün yeni versiyaya ödənişsiz VPN xidməti əlavə etdi.
Sözü-gedən funksiya “Opera”-nın son proqramçı versiyasına daxil edilib və həm “Windows”, həm də “OS X” əməliyyat sistemi üçün təqdim olunub. Xidməti aktivləşdirmək üçün Parametrlərə, daha sonra isə Gizlilik&Təhlükəsizlik menyusuna daxil oluruq və VPN seçirik. Budur, VPN-i aktivləşdirdiniz.
Qeyd edim ki, VPN bağlantısı üçün ABŞ, Kanada və Almaniyanı seçmək mümkündür.