Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 21-03-2018, 12:36

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi
Azərbaycana yaz gəldi

Bu gün saat 20:15:30-da Azərbaycana yaz fəsli gəlib.

Loading.Az trend-ə istinadən bildirir ki, buna görə də həmin gün Novruz bayramı günü hesab edilir.

Bu gün gecə və gündüz bərabərləşir.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov Trend-ə bildirib ki, Azərbaycanda bu il olduğu kimi ilaxır çərşənbə ilə Novruz bayramının eyni günə təsadüf etməsi sonuncu dəfə 2001-ci ildə baş verib. Bu hadisə bir də 2035-ci ildə qeydə alınacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 2017-ci ildə Novruz bayramı günlərində 24 mart tarixi şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 26 mart qeyri-iş günü olacaq.Ümumilikdə bu il Novruz bayramında 7 gün - 20, 21, 22, 23, 24, 25, 26 mart tarixləri qeyri-iş günü olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
541 508 420 477 494 469

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.