Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 27-03-2018, 22:57

Faiqlə Tünzalə arasında birincilik davası - VİDEO

Faiqlə Tünzalə arasında birincilik davası - VİDEO
Faiqlə Tünzalə arasında birincilik davası - VİDEO

Xalq artisti Faiq Ağayev bəstəkar Rəşid Behbudovun qızı Rəşidənin onun haqqında dediklərinə cavab verib.

R.Behbudova F.Ağayevi Türkiyənin məşhur müğənnilərindən biri Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını səsləndirən zaman atası, bəstənin müəllifi Rəşid Behbudovun adını çəkmədiyini bildirib.

F.Ağayev isə onun dediklərinə etiraz edərək, belə bir halın yaşanmadığını söyləyib:


“Verilişin efirə gedən görüntülərini yayımlaya bilməzdim, bu qadağandır. Mən məşq hissəsin yayımlamışdım. Bu nə tələsgənlikdir? Siz efirə baxın, sonra danışın. Mən xüsusi qeyd etmişəm ki, məşq çəkilişidir. Elə insan deyiləm ki, Rəşid Behbudovu qeyd etməyim”.

F.Ağayevin qalmaqal yaşadığı növbəti məşhur isə əməkdar artist Tünzalə Ağayeva olub. Ağayeva animasiya janrındakı klipini təqdim edərək, Azərbaycanda ilk belə addım atdığını demişdi. Bununla da müğənnilər arasında birincilik qalmaqalı başlayıb. Onun bu açıqlamasına F.Ağayev etirazını bildirərək, 14 il əvvəl belə klip çəkdirdiyini söyləyib:

“Rəssam çəkib, sonra qrafist canlandırıb. Bunun ilkini təkcə Azərbaycanda yox, Orta Asiyada 14 il əvvəl mən etmişəm. Bunu hamı "Yotube"da görə bilər”.
mənbə: axsam.az




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
457 455 407 445 474 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.