Anası Selenanın Castinlə eşq macərasına qarışmır
25 yaşlı Selena Qomes və 24 yaşlı Castin Biber tez-tez ayrılıq xəbərləri ilə gündəmə gəlir.
Loading.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu dəfə ayrılıq haqda sualları Selenanın anası 41 yaşlı Mendi Tifi cavablandırıb.
Beverli-Hilsdə bir xeyriyyə tədbirində kameralar qarşısına keçən Mendi qızının Castinlə münasibətinə qarışmadığını söyləyib. O bildirib ki, qızı heç vaxt şəxsi həyatını onunla bölüşməyib.
Ötən ilin payızında Qomes və Biber bir-birinə şans verib, amma qısa müddət sonra yenidən ayrılıb.






