Həqiqət

Həqiqəti pıçıltıyla dedilərHaylı-küylü yalanların içində.
Həqiqəti daim başda gördülər,
Oda düşüb yananların içində.
Yeri düşsə qum göyərər, daş çıxar,Bir doğruyla neçə yalan boş çıxar,
Bacarırsan həqiqətlə baş çıxar
Həqiqəti dananların içində.
Sən doğru de, söyləməmiş başqası,Söküləcək yalanların maskası,
Qiyməti də artıq olar daş-qaşın
Köhnə, nimdaş palanların içində.
Sovrulacaq bir gün hədər yalanlar,Öz xeyrini ancaq güdər yalanlar,
Ölülərlə ölüb gedər yalanlar,
Doğru yaşar qalanların içində.
Yalan deyib, gizli-gizli öyüyüb,Hər yalançı təsəlliyə keyiyib,
Doqquzaylıq bir həqiqət böyüyüb
Saçlarını yolanların içində.






