Bir vaxtlar dost idilər, küsdülər...

Bir vaxtlar yaxın rəfiqə olan əməkdar artist Lalə Məmmədova və müğənni Samira Allahverdi uzun müddətdir küsülü imiş.
axsam.az-ın məlumatına görə, bu haqda Samira “Səhər yeməyi İlahə ilə” verilişində deyib.
Aparıcının “Bir vaxtlar çox yaxın dost olduğun Lalə Məmmədova ilə küsmüsünüz” sözlərinə Samirə belə cavab verib:
“Bir dəfə eşitdiniz maqazin verilişlərində danışım bu haqda? O, mənim canımdır. Eyni verilişdə otururduq, heç kim bilmirdi. Xocalı soyqırımına aid klipdə çəkildik, amma büruzə vermədik. Restoranların birində bizi barışdırmaq istəyirdilər. Eyni masada oturmuşuq, götürüb kənardan şəklimizi çəkiblər. Altdan yazmışdılar ki, dost arası söz-söhbətsiz olmaz. Elə həmin restoranların birində barışdırdılar. O insanlardan deyiləm ki, küsən kimi çıxıb danışım. Xoşlamıram ki, büruzə verim”.
Qeyd edək ki, Nail Naiboğlunun "Səhər yeməyi İlahə ilə" layihəsi "Youtube" kanalında yayımlanır.






