Loading.Az yenicag.az-a istinadən xəbər verir ki, hadisə ABŞın Kaliforniya ştatında yaşanıb. Belə ki, aktyorun idarə etdiyi "cip” digər maşınla toqquşub. Zərbənin təsirindən Ferrelin avtomobili aşıb.
Aktyor yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Qəzada daha 3 nəfərin xəsarət aldığı bildirilir.