Portağallı keks (FOTO)
Belə bir keks kiçikdən-böyüyə hər kəsin çay süfrəsində arzu etdiyi bir şirniyyatdır.
Payız-qış mövsümünün sevilən meyvələrindən olan portağal şirniyyatlara da xüsusi dad verir. Odur ki hər hansı bir keksə təzə sıxılmış bol vitaminli portağal şirəsi əlavə edərək fərqli bir dada sahib portağallı keks hazırlaya bilərsiniz. Belə bir keks kiçikdən-böyüyə hər kəsin çay süfrəsində arzu etdiyi bir şirniyyatdır.
Əzizləriniz tərəfindən bol tərif eşitmək istəyirsinizsə ANS PRESS-in sizə təqdim etdiyi portağallı keks reseptindən istifadə edərək dadlı bir şirniyyat hazırlayın.
Lazım olan ərzaqlar:
1 stəkan şəkər tozu
3 ədəd yumurta
1 stəkan süd
1 stəkan təzə sıxılmış portağal şirəsi
Yarım stəkan günəbaxan yağı
3 stəkan un
1 paket qabartma tozu
Az miqdarda darçın
Hazırlamaq qaydası:
Əvvəlcə 3 ədəd yumurta ilə 1 stəkan şəkər topzunu köpüklənənə qədər yaxşıca çalın. Lazım olan qədər çaldıqdan sonra qarışımın üzərinə 1 stəkan südü və meyvə şirəsi də əlavə edib, mikser vasitəsi ilə çalmağa dava edin. Daha sonra qabartma tozu və günəbaxan yağını da əlavə edib, yavaş-yavaş un qataraq qarışdırmağa davam edin. Ən sonda darçın əlavə edib 180 dərəcə temperaturlu sobaya qoyub, keksinizi bişirin.
Keksin üzərinə zövqə görə şəkər kirşanı da səpə bilərsiniz.
Sevdiyiniz hər kəsi çay süfrəsinə dəvət edib sevə-sevə nuş edin
!!!Payız-qış mövsümünün sevilən meyvələrindən olan portağal şirniyyatlara da xüsusi dad verir. Odur ki hər hansı bir keksə təzə sıxılmış bol vitaminli portağal şirəsi əlavə edərək fərqli bir dada sahib portağallı keks hazırlaya bilərsiniz. Belə bir keks kiçikdən-böyüyə hər kəsin çay süfrəsində arzu etdiyi bir şirniyyatdır.