♔Princess♔

♔Princess♔ Mətbəx 19-05-2016, 21:00

Şokaladlı şarlotka

Şokaladlı şarlotka


Bunu kimə versən gözlərdə bir sevinc ifadəsi yaradır.

Balacadan böyüyə əksər insanlar şirniyyyat yeməyi çox sevir. Bu elə bir qidadır ki, kimə versən gözlərdə bir sevinc ifadəsi yaradır. Əsasən də balacalar şirniyyat yeməyi çox xoşlayır.

Odur ki, sevdiklərini hər zaman sevindirməyə çalışanlar üçün ANS PRESS daha bir şarlotka reseptini təqdim edir. Bu dəfə sizə şokaladlı şarlotka hazırlamaq qaydasını təqdim edirik.

Lazım olan ərzaqlar:

200 q. Un
4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 qaşıq vanil
½ çay qaşığı darçın
2 xörək qaşığı kakao (üzərinə səpmək üçün 1 çay qaşığıda əlavə)
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı şəkər pudrası
5 ədəd armud.

Hazırlanma qaydası:

Yumurtanı şəkər tozu ilə qarışdırıb, üzərinə ələnmiş un, kakao, qabartma tozu, darçın və vanil əlavə edin. Sonra tamam həll olana qədər qarışdırın. Armudları təmizləyib, çoxda xırda olmamaq şərti ilə doğrayın.

Sobanın listini yaxşıca yağlayaraq, xəmiri əlavə etdikdən sonra, üst hissəsinə təmizlənərək doğradığınız armudları qoyun.
Sobaya qoyaraq 30-35 dəq bişirdikdən sonra üzərinə şəkər pudrası və kakao əlavə edərək nuş edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
868 794 723 768 721 720

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.