Leloweh

Leloweh İslam Dini 22-04-2018, 14:22

Müqəttəə hərflər nə deməkdir?

Müqəttəə hərflər nə deməkdir?


Ərəb dilində müqəttəə hərflər "kəsik, tək-tək hərflər" deməkdir. Qurani-Kərimin 29 surəsinin əvvəlində işlədilən, hər hansı dəqiq mənanı ifadə etməyən ayrı-ayrı hərflərə bu ad verilib.

Loading.az islam.az-a istinadən bildirir ki, müqəttəə hərflər ərəb əlifbasının 14 hərfini əhatə edir: əlif, he, ha, ta, ye, kaf, lam, mim, nun, sin, ayn, qaf, sad və ra. Bu hərflər bəzən tək, bəzən cüt halda, bəzən də üç, dörd və beş hərfin kombinasiyası şəklində işlədilib. Məsələn: qaf, ya-sin, əlif-lam-mim, əlif-lam-mim-sad, ha-mim-ayn-sin-qaf.

Müqəttə hərflərin hansı mənanı ifadə etdiyi barədə irəli sürülmüş nəzəriyyələr həddən artıq rəngarəngdir. Geniş yayılmış nəzəriyyəyə görə, Allah surələrin əvvəlinə adi ərəb hərflərini əlavə etməklə insanlara başa salmaq istəyir ki, Quran onların danışdıqları adi hərflərdən təşkil olunub. Amma onlar bu hərflərin vasitəsilə Quranın mislini yaratmağa qadir deyillər. Bəzi alimlər müqəttəə hərfləri gizli və dərkolunmaz sirr saymışlar.

Redaktə etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1182 1046 1043 1021 1020 1037

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.