Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 25-04-2018, 22:42

Dəbdə inqilab: lüks markalar xəzdən imtina edir

Dəbdə inqilab: lüks markalar xəzdən imtina edir
Dəbdə inqilab: lüks markalar xəzdən imtina edir


Dünya dəbi dəbdəbənin ən böyük simvolu olan xəzdən imtina edir. PETA təşkilatı ilə aparılan danışıqlardan sonra «Xəzə yox!» dalğasına Hugo Boss, The Cooples, Vivienne Westwood, Tommy Hilfiger, Maison Margiela kimi lüks markalar qoşulmuşdur. Sosial trendlərlə ayaqlaşan dünya markalarının tam siyahısını sizlərə təqdim edirik. Bu lüks markaların kolleksiyalarında xəzə rast gəlməyəcəksiniz:

Gucci

Keçən ilin oktyabr ayında Gucci 2018-ci ilin yaz kolleksiyasında xəzdən istifadə etməyəcəyi haqqında rəsmi açıqlama vermişdir: «Sosial məsuliyyət Guccinin başlıca dəyərlərindəndir. Biz ətraf və mühitin, heyvanların həyatının yaxşılığa doğru dəyişməsi üçün çalışmağa davam edəcəyik».

Michael Kors

Dünya markası Yeni İl ərəfəsində xəsdən imtina emtəsi barədə xəbər yaymışdır.

Jimmy Choo


Və təbii ki, 2017-ci ildə Michael Kors tərəfindən 1,2 milyard dollara alınmış Jimmy Choo markası da xəzdən imtina etmişdir.

Donatella Versace

2017-ci ilin mart ayında Donatella Versace müsahibəsində heyvanları öldürmək istəmədiyini və 2019-cu ildən etibarən xəzdən istifadə etməyəcəyini söyləmişdir.

DKNY

Donna Karan 2019-cu ildən etibarən yaradıcılığında «zülmsüz dəb» şüarı altında davam edəcəyinə söz vermişdir.

Calvin Klein

Calvin Klein isə 1984-cü ildən etibarən xəzdən imtina etmişdir.

Stella Mccartney

Stella Mccartney 2001-ci ildə markası qurulan zaman dəri və xəzdən istifadə etməyəcəyinə söz vermişdi. Və sözünü tutdu.

Giorgio Armani

ABŞ-ın İnsan Cəmiyyəti ilə görüşdükdən sonra Giorgio Armani və bütövlükdə Armani Groupa xəzdən imtina etmişdir. Markanın ilk xəzsiz kolleksiyası isə Fall 2016 olmuşdur.

Ralph Lauren

2006-cı ildə Ralph Louren ev əşyaları üçün belə xəzdən istifadə etməyəcəyinə söz vermişdir. Bundan əlavə marka xəzdən hazırlanmış 1200 ədəd geyimini xeyriyyə fonduna bağışlamışdır.


Qeyd: Bilirsinizmi ki, 1 xəz 100-120 sünbülqıran, 18 qunduz, 18 tülkü, 25 pişik, 18 it, 8 su iti, 170 şinşilla, 27 yenot, 55 su samuru, 4 canavarın həyatına bərabərdir?

Xəz almadan öncə bu haqda düşünün.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
575 496 452 428 485 469

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.