“İntel” rekord miqdarda işçisini ixtisara salacaq
Şirkət restrukturizasiya çərçivəsində öz ştatının 11%-ni – 12 min nəfər işçini ixtisara salacağını açıqlayıb. İxtisarlar tədricən həyata keçiriləcək və 2017-ci ilin ortalarında başa çatacaq. Beləliklə, “İntel” bu il 750 milyon dollar, gələn il isə 1,4 milyard dollara qənaət etməyi planlaşdırır.
İri miqyaslı ixtisarlara səbəb bazarda şəxsi kompüterlərə olan tələbatın kəskin azalmasıdır. “İntel” uzun müddət ərzində kompüterlər üçün mikroprosessorların əsas təchizatçısı olub. Lakin kompüter satışları azaldıqdan sonra korporasiya diqqətini bulud texnologiyaları üzərində cəmləşdirib.