"Qəlbi ovuduram bir özgəsiylə..." - Brilliantdan yeni mahnı


Xalq artisti Brilliant Dadaşova “Bilirəm” adlı yeni mahnısını təqdim edib.
Loading.Az-ın axsam.az-a istinadən məlumatına görə, bəstənin sözləri Günerə, musiqisi Pərviz Mahmudova məxsusdur.
Bəstəkar bildirib ki, bu, onların B.Dadaşova ilə ilk işbirliyidir:
“İlk dəfədir mahnımı oxumasına baxmayaraq, Brilliant Dadaşova hər zaman mahnımın ilk dinləyicisi olub. Həmişə nəsə olurdu, qalırdı, oxuya bilmirdi. Qismət buna imiş”.







