Kənan Heydərov

Kənan Heydərov Texnologiya 1-05-2018, 23:19

“WhatsApp”dan növbəti yeniliklər gəlir

“WhatsApp”dan növbəti yeniliklər gəlir
“WhatsApp”dan növbəti yeniliklər gəlir


“WhatsApp” messencerində faydalı yenilənmə gözlənilir.

Loading.Az ikt.lent.az-a istinadən xəbər verir ki, yenilənmə qrup çatlarına aid olacaq.


Bu funksiya qrup çatlarının yaradıcılarına seçilmiş istifadəçilər üçün məlumatlar göndərilməsini məhdudlaşdırmağa imkan verəcək. "Qrupu məhdudlaşdırmaq" o deməkdir ki, yalnız qrup administratorları mətn göndərə bilər. Qalan istifadəçilər isə onları yalnız oxuya biləcək.

Bundan başqa, qrup üzvünün "Message Admin" düyməsindən istifadə imkanı olacaq, bununla da göndərdiyi məlumatlar görünənə qədər administratorun icazəsini ala biləcək.

Administrator istifadəçilərin qrup haqqında informasiyaları, o cümlədən qrupun adını dəyişmək imkanlarını da məhdudlaşdırmaq səlahiyyətinə malik olacaq.

Messencerin dəyişikliklərini bütün iOS və Android qurğularında növbəti yenilənmədə görmək olacaq.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
605 563 518 534 532 559

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.