Nani_Fit

Nani_Fit İdman 3-05-2018, 13:51

Azərbaycan yunan-Roma güləşində AÇ-dən beş medalla qayıdır

Azərbaycan yunan-Roma güləşində AÇ-dən beş medalla qayıdır


Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

Verilən xəbərə görə, bütün çəkilərdə iştirak edən on güləşçimizdən beşi medal qazanıb.

Belə ki, idmançılarımız bir qızıl, iki gümüş və iki bürünc medalla ölkəmizə qayıdır. Sonuncu medalı 82 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov qazanıb. O, Almaniyadan olan rəqibi Roland Şvartsa 4:3 hesabı ilə qalib gələrək bürünc medala layiq görülüb.

Qeyd edək ki, komandamız bu nəticə ilə 31 ölkə arasında III yeri tutub. İlk yeri meydan sahibi Rusiya, II pilləni isə Gürcüstan tutub. ermənistan millisi isə IV yerə yiyələnib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
626 573 567 633 577 531

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.