poppy

poppy Mahnılar 14-05-2018, 21:45

Okaber - Sən olsaydın

Okaber - Sən olsaydın
Okaber - Sən olsaydın



Sən olsaydın, nə bu yazılar olardı,
Nə qəmli süjetlərlə bol səhnələr, nə payızlar olardı,
Nə məni darıxdıran boş məhlələr, nə qızlar olardı.
Həyatımda səndən başqa sən olsaydın, sevdiyim azadlıq,
Nə dəmir barmaqlıq, qollarımda qandal.
Yalvarırdım, sən qal, getmə indi, günah,
Açılmazdı sabah.
Həyatımda səndən başqa sən olsaydın, hətta ölüm xoş
gələrdi mənə,
Görüş yeri boş qalardı yenə, hədəfi unutsaydım
Unudardım varlığımı, təki səni unutsaydım,
Heç kəsi unutmazdım həyatımda səndən başqa.
Sən bir xəyal kimi gözümdən itdin,
Məni isə xəyalınla xəyala daldım.
Sən bir insan kimi gəldin və getdin,
Mən isə dünya kimi yerimdə qaldım.

Həyatım, o günlərə yenə qayıtdım,
Səni tapa bilmədim, amma
Ürəyimdən silmədim heç bir zaman adını.

Eyni lənəti hər gecə pıçıldayaraq əzbər,
Sən həyatımda təksən, duyğulartək məxmər,
Sarışın, əsmər, ünvanlar dolu dəftər,
Həyata vurulan cəftə, buxarılan səhvlər.
Məni uçuran həblər, barxat oyundur həyat,
Bir gün şah, bir gün mat, dörd sutka koma,
Süni nəfəs, aparat, təyinatım psixopat, mənə müxtəlif
preparat.
Sonra sən gəldin, sonra sən getdin,
Heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim.
Yazardıq melodramalar, yanımda qalsaydın,
Yazardıq melodramalar, sən olsaydın.
Sən olsaydın, nə bu yazılar olardı,
Nə də ki, hər gecə gördüyüm ulduzlar olardı,
Nə kabuslar olardı, həyatım olardı bumbuz, olmazdı kabus,
Həyatımda səndən başqa.

Həyatım, o günlərə yenə qayıtdım,
Səni tapa bilmədim, amma
Ürəyimdən silmədim heç bir zaman adını.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1873 2003 1786 1702 1897 1646

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.